Yüksək enerji və ərzaq qiymətlərilə Türkiyədə inflyasiya daha bir səviyyəni keçib.
Eləcə də bax: Türkiyədə şəkərin qiyməti bir gündə - 31% BAHALAŞDI
Marja Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, mart ayında illik istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 61,14 faiz olub.
FED.az xəbər verir ki, aylıq artım (fevral ayı ilə müqayisədə) 5,46 faiz təşkil edib.
Baza inflyasiyası mart ayında da artmağa davam edib. Baza inflyasiya 48,39 faiz olaraq qeydə alınıb.
Mart ayında illik istehsalçı qiymətləri indeksi (itehsal inflyasiyası göstəricisi) üç rəqəmli səviyyəyə çatıb. İstehsalçı inflyasiyası mart ayında 114,97 faizə yüksəlib. Aylıq istehsalçı qiymətlərində artım 9,19 faiz təşkil edib. (Marja)