Türkiyədə inflyasiya, ilk növbədə, xidmət qiymətlərindəki artım hesabına artmağa davam edib.
AMB sədri: "İlin sonuna 3,5% inflyasiya gözləyirik"
FED.az xəbər verir ki, Türkiyə Statistika Komitəsinin açıqladığı məlumatlara görə, istehlak qiymətləri indeksi (inflyasiya götəricisi) aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 69,80 faiz artıb.
İstehlak qiymətləri indeksində aylıq artım 3,18 faiz olub. Aprel ayında illik inflyasiya son 1,5 ilin ən yüksək səviyyəsinə çatarkən, illik baza inflyasiyasında yeni rekord qeydə alınıb.
Qurumlar illik inflyasiyanın 70 faiz olacağını gözləyirdilər. Aylıq artım gözləntisi 3,2 faiz idi.
İllik baza inflyasiya aprel ayında 75,81 faiz olaraq qeydə alınıb. Beləliklə, baza inflyasiyasında yeni rekord qeydə alınıb.
Ən yüksək aylıq artım spirtli içkilər və tütün qrupunda olub.
Aprel ayında ən çox aylıq qiymət artımı qeydə alınan əsas qrup 9,56% ilə spirtli içkilər və tütün qrupu olub. Bu qrupdan sonra 4,69 faizlə restoran və otellər, 4,58 faizlə geyim və ayaqqabılar gəlir.
Ən aşağı aylıq artım 1,03% ilə səhiyyə qrupunda, 1,38 faizlə mənzil, 2,62 faizlə əyləncə və mədəniyyət sahələrində olub.
İllik müqayisədə ən yüksək qiymət artımı 103,86 ilə təhsil qrupunda qeydə alınıb. Təhsilin ardınca 95,82 faizlə restoran və mehmanxanalar, 80,39 faizlə isə nəqliyyat gəlir. (Marja)