Türkiyədə illik inflyasiya noyabr ayında yenidən artıb.
Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları keçdi
FED.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin noyabr ayında inflyasiya 61.98% təşkil edib. Oktyabr ayında bu rəqəm 61.36% idi. Noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.28%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 60.09% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 37.54% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.86% ilə restoran və otellər qiymətləri olub. (Apa)