Bu ilin II rübündə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çox olub.
Türkiyənin 7 aylıq xarici ticarət dövriyyəsində 74 milyard dollara yaxın - KƏSİR OLUB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (Türkiye İstatistik Kurumu - TÜİK) məlumat yayıb.
Bildirilir ki, son 1 ildə xidmət sektoru 6,4 %, tikinti sektoru 6,2 %, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial xidmətlər sektoru 5,1 %, maliyyə sektoru 4,9 %, daşınmaz əmlak sektoru 3,2 %, informasiya və rabitə sektoru 1,3 %, aqrar sektoru 1,2 % artıb, sənaye sektoru 2,6 %, inzibati və yardımçı xidmət sektoru isə 1,2 % azalıb.(Report)