Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının bir araya gətirilməsi təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edilib ki, ilk 3 il ərzində şuraya Türkiyə sədrlik edəcək.
Həmçinin əlavə edilib ki, şuranın növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır. (Trend)