“S&P Global” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 % səviyyəsində proqnozlaşdırır.
"Fitch Solutions” Azərbaycanın inflyasiya proqnozunu azaldıb
FED.az bu barədə agentliyə istinadən xəbər verir.
S&P-nin proqnozlarına görə, 2026-cı ildə ölkədə inflyasiya 3 %-ə qədər azalacaq.
İqtisadiyyat Nazirliyi ölkədə illik inflyasiyanı 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin yanvarında) görə, bu il inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % olacaq.
Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini proqnozlaşdırır. Niderlandın “ING Group”u ölkədə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 %, 2026-cı ildə isə 4,7 % artacağını gözləyir.
Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib. 2025-ci ilin yanvar ayında istehlak qiymətləri 5,4 % artıb. (Report)