Rusiyada illik inflyasiya aprel ayında 1,14 faiz artaraq 17,8 faizə qədər artıb, aylıq qiymət artımı 1,5 faiz təşkil edib.
Eləcə də bax: Rusiyada işləməyə davam edən nəhəng xarici şirkətlər - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank - red.) açıqlamasında deyilir.
"Apreldə illik inflyasiya 1,14 faiz bəndi artaraq 17,8 faizə çatıb. Rublun möhkəmlənməsi və tələbatın azalmasının təsirləri ilə ay ərzində həftəlik qiymət artımı zəifləyib və ümumilikdə aprel ayında istehlak qiymətləri 1,5 faiz artıb", - deyə açıqlamada bildirilir. (Trend)