Bu gün özəl sektor Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf edir. Son illərdə aparılan islahatlar nəticəsində iqtisadiyyat xeyli dərəcədə “ağardılıb”, şəffaflıq səviyyəsi yüksəlib.
"Azərbaycanda 1.4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” -
Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda məlumat verib.
O öz çıxışında qeyd edib ki, "Vergi daxilolmaları, əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Sahibkarlar büdcə gəlirlərinin formalaşmasında önəmli rol oynayırlar. 2025-ci ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 3,2 milyard manatdan çox olub. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 11 faiz çox olub."