"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artımın 2,6% təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə beynəlxalq şirkətin əvvəlki proqnozundan 0,5% bəndi azdır.
"Bu il Azərbaycanda iqtisadi artım 3,5% olacaq"
FED.az xəbər verir ki, "Fitch Solutions” 2025-ci ildə isə Azərbaycanda iqtisadi artımın 3.3% olacağını proqnozlaşdırıb.
"Fitch Solutions” 2024-cü il üzrə nominal ÜDM-in 98,7 mlrd. dollara, 2025-ci ildə isə 108,1 mlrd. dollara çatacağını proqnozlaşdırıb.
"Azərbaycan iqtisadiyyatı onun neft-qaz sektoru ilə sıx bağlı qalacaq. Azərbaycanın ixracının 90%-i, gəlirlərinin isə 40%-i enerjiyə əsaslanır. Biz hökumətdən iqtisadiyyatın şaxələndirilməsi və özəlləşdirmə planlarını mərhələli şəkildə həyata keçirəcəyini gözləyirik. Hökumət iqtisadiyyatda öz izini əhəmiyyətli dərəcədə azaltmayacaq. Bu da qeyri-neft sektorunun inkişafına mənfi təsirlə yanaşı, birbaşa xarici investisiyaları cəlb edəcək" - "Fitch Solutions” əlavə edib. (Apa)