"Hazırda Naxçıvan MR-da istehlak edilən malların 90 %-i Türkiyədə istehsal olunub".
Eləcə də bax: “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” - YARADILIR
FED.az xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.
O, bu barədə Türkiyənin Ərzurum şəhərində səfərdə olarkən danışıb.
"Ərzuruma 40 iş adamı ilə gəlmişik. Sahibkarlar öz sektorları üzrə yerli şirkətləri ziyarət edirlər və yeni hədəflər müəyyən edir. Naxçıvanda tekstil, neft və orqanik məhsullara sərmayələrimiz var", - deyə nazir qeyd edib.
Ərzurum Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədr müavini Hüseyn Polat isə deyib ki, "İki dövlət, bir millət" şüarı ilə qardaş Azərbaycana, o cümlədən Naxçıvana hər zaman böyük önəm veririlər: "Biz iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa hazırıq". (Report)