Bu il dövlət şirkətlərinin, o cümlədən SOCAR-nın paylarının satılması planlaşdırılmır.
Eləcə də bax: SOCAR neft və qaz göstəricilərini açıqladı
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan satış üçün vaxt çərçivəsi olmayan və indiyədək təklif edilməmiş yeni aktivlərin daxil olacağı özəlləşdirmə proqramını qəbul etmək niyyətindədir: "Özəlləşdirmə naminə özəlləşdirmə etmək və ya müəyyən bir müddət çərçivəsində özəlləşdirmə aparmağı doğru olduğuna inanmırıq və bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyərini artırmaq üçün imkan verən investisiya holdinqi qurmaq idi".
Qeyd edək ki, 2020-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Həmin ilin noyabr ayında isə Prezident SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb. (Apa)