"İqtisadiyyatda “ağarma” proseslərinin miqyasını biz, həmçinin bank sektorunun bəzi göstəriciləri ilə müşahidə edə bilərik".
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazir vurğulayıb ki, nağd pul kütləsinin cəmi pul kütləsində manatla xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 49 %-dən cari il iyunun 1-nə 44 %-ə enib: “Plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 73 %-dən cari il iyunun 1-nə 60 %-ə enib. Digər bir misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47 % artıb”.