2022-ci ilin ilk yarısının nəticələori müsbətdir və ölkə iqtisadiyyatındakı inkişafı göstərir.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 15-də keçirilən müşavirədə bildirib. Onnu sözlərinə görə, yanvar-iyun aylarında ödkədə ümumi iqtisadi artım 6,2 faiz, qeyri-neft sektorunda artım 9,6 faiz təşkil edib.
Prezidentin sözlərinə görə, bu dövrdə ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində artım 11,5 faiz olub.
«Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq»-deyə prezident bildirib. Onun sözlərinə görə, ilk 6 ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb: «Düzdür, inflyasiya bu (gəlirlərin artiımı) artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq».