“Biz işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturu, o cümlədən nəqliyyatı bərpa edir, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları əsasında yenidən qururuq”.
Eləcə də bax: Qarabağda yaşayış massivlərinin tikintisinə özəl şirkətlər də - CƏLB OLUNACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.
“Azərbaycan bərpa prosesini təkbaşına aparmır, dost ölkələrin şirkətləri ilə birgə həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün investorlara yaşıl işıq yandırmışıq. Bu günə qədər həmin ərazilərlə bağlı sahibkarlardan 921 müraciət olub. Bunlardan 283-ü xarici şirkətlərdən daxil olub. Türkiyə şirkətləri üstünlük təşkil edir. Gürcüstandan da müraciətlər daxil olur. Ağdam Sənaye Parkına və Araz Vadisi İqtisadi Zonasına böyük maraq var”, - deyə o, qeyd edib.