İndiyədək koronavirusdan zərərə düşən 132,5 min şireət və sahibkar dövlətdən kömək istəyib.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinə işçilərin maaşının bir hissəsinin ödənilməsi üçün 27 276 vergi ödəyicisi, maliyyə dəstəyi almaq üçün isə 105 225 fərdi (mikro) sahibkar, yəni ümumilikdə 132,501 vergi ödəyicisi müraciət edib.
Eləcə də bax: Azərbaycanda muzdlu işçilərə və fərdi sahibkarlara - 96 MİLYON MANAT VƏSAİT ÖDƏNİLİB
İşçilərin maaşının ödənilməsi üçün müraciət edən şəxslərin ümumilikdə 255 713 işçi var və bunlardan 27 267 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və vəsait köçürülməsi üçün Maliyyə Nazirliyinə yönəldilib. Digər müraciətlər üzrə araşdırmalar davam edir.
İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,44 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,22 mln. manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 431 vergi ödəyicisinə 196 553 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 61,77 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 105 225 vergi ödəyicisindən müraciət daxil olub, 97 527 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 57,29 mln. manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 55,05 mln. manat vəsaitin 93 035 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.