2023-cü ilin yekunlarına görə, Azərbaycanda inflyasiyanın 6-7 faizədək azalacağı gözlənilir.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-2025-ci illərdə 4-6 faiz baza göstəricisinin əldə ediləcəyi gözlənilir.
Qeyd edək ki, iyun ayında inflyasiya əvvəlki ayla müqayisədə 0,9 faiz (10,6 faizədək) azalıb. İllik ərzaq inflyasiyası 11,5 faizədək azalıb. (Trend)