Banner

İqtisadiyyat

“İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq”

“İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq” | FED.az
10:56 30 İyun 2020

"Bu ilin I rübünün sonundan dünya, o cümlədən Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyası ilə bağlı yeni çağırışlarla üzləşib".

Eləcə də bax: Mikayıl Cabbarov pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışdı

FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu çağırışlar fonunda milli iqtisadiyyat çətinliklərə üzləşsə də, dayanıqlığını nümayiş etdirib: “İqtisadiyyatımızın əsas oyuncularına mənfi təsir minimmal səviyyədədir. Çünki son illər ölkədə biznes mühiti yaxşılaşdırılır, iş adamlarının fəaliyyətinə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq”.

Nazir həmçinin deyib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi davam etdiriləcək: “Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss etdirik. İnvestisiya layihələrinə maraq qalıb, düşünürəm ki, yaxın vaxtlarda “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də özəl sektorun yeni layihələr həyata keçirməsini müşahidə edəcəyik. Hazırda dövlət büdcəsinə yığılan hər 4 manatım 3 manatı özəl sektorun payına düşür". 

Digər xəbərlər

Banner