Gürcüstanın Azərbaycana 6,699 milyon ABŞ dolları məbləğində borcu var.
Eləcə də bax: Gürcüstanın Azərbaycana 6,9 mln. dollara yaxın - BORCU YARANIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvarın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 175 min dollar azalıb.
Hesabata əsasən, Gürcüstanın, ümumilikdə, 5 740 266 milyon dollar məbləğində xarici dövlət borcu var ki, bu həcm aylıq müqayisədə 347 436 dollar artıb. Borcun 5 491 358 milyon dolları hökumətin payına düşür.
Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (375, 361 mln. dollar), Fransa (330, 949 mln. dollar) və Yaponiya (212, 284 mln. dollar) yer alıb.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana borcu aylıq müqayisədə qismən azalaraq müvafiq olaraq 12, 901 milyon dollar, 51, 356 milyon dollar və 7, 132 milyon dollara bərabərdir.
Report