Bu ilin fevralın 1-nə Gürcüstanın Azərbaycana borcu 5, 491 milyon ABŞ dollarına bərabər olub.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz qalıb.
Gürcüstanın xarici dövlət borcunun ümumi məbləği aylıq müqayisədə 0,2 milyard ABŞ dolları artaraq 7,8 milyard ABŞ dolları olub. Bu məbləğin 7,4 milyard ABŞ dolları hökumətin payına düşür.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana müvafiq olaraq 10,617 milyon ABŞ dolları, 40,454 milyon ABŞ dolları və 5,485 milyon ABŞ dollar borcu var.(Report)