Bu ilin may ayında Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin may ayı ilə müqayisədə 25,8% çox olub.
Eləcə də bax: Gürcüstanda çörək - Bahalaşacaq
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən ötən ay iqtisadiyyatın demək olar ki, bütün sektorlarında artım müşahidə edilib. Əhəmiyyətli böyümə istehsal, maliyyə və sığorta, ticarət, daşınmaz əmlak, mehmanxana və restoranlar, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.
Yanvar-may aylarında isə qonşu ölkədə iqtisadiyyatın illik artım tempi 11,5% təşkil edib. (Report)