Gürcüstanda çörəyin qiymətində 5-7 tetri artım gözlənilir.
Eləcə də bax: Gürcüstan iqtisadiyyatı - 4,5% Kiçilib
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Çörək məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib.
Onun sözlərinə görə, hökumətin 6 aylıq subsidiya proqramı bu ayın sonunda başa çatır və artıq sahibkarlar qiymətlər barədə qərarı özləri qəbul edəcəklər.
M.Dolidze qeyd edib ki, dünya bazarlarında və Gürcüstanda unun qiyməti aşağı düşüb: “Hesab edirəm ki, subsidiyanın ləğvi barədə qərar düzgündür. Belə ki, subsidiya yardımdır və sistematik hal ala bilməz”.
Gürcüstanda zavodda istehsal olunan çörəyin qiyməti çəkisindən asılı olaraq 60 tetri - 1 lari təşkil edir. (Report)