Azərbaycanda istehsal edilən kənd təsərrüfat məhsulllarının Rusiya, Ukrayna, İran, Türkiyyə və .s ölkələrə ixracını həyata keçirirən Hidayətov Təyyar Hidayət oğlu 2021-ci ilin yanvar-dekabr ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 7-ci yeri tutub.
Eləcə də bax: Azərbaycanın ən böyük ixrac şirkətlərinin adları və ixrac gəlirləri - AÇIQLANDI
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayına istinadən xəbər verir ki, iş adamı Təyyar Hidayətov ötən il 37,9 milyon dollarlıq məhsullar ixrac edib. Sahibkarın ixracı 2020-ci illə müqayisədə 2021-ci ildə 5 dəfə artıb. Təyyar Hidayətov 2020-ci ildə 7,7 milyon dollarlıq məhsullar ixrac etmişdi.
Hidayətov Təyyar Hidayət oğlu 2019-cu ildə mətbuata verdiyi açıqlamada ixracda böyük maneələr ilə qarşılaşdığını, Dövlət Gömrük Komitəinin sədri Səfər Mehdiyevin adamı Mirqasım Vahabovun onu həbs etdirməyə çalışdığını iddia etmişdi. (Marja)