Yanvarın 13-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Gömrükdə daha bir yenilik: Rəsmiləşdirmə yeni qayda ilə aparılacaq - VİDEO
Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, görüş gömrük-biznes münasibətlərinin daha işgüzar və səmərəli şəkildə qurulması, gömrük sahəsində tətbiq edilən yeniliklər, layihələrlə bağlı sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə keçirilib.
Görüşdə xaricdən gətirilən avtomobillərin rəsmiləşdirilməsi, alkoqollu içkilər, tütün məmulatları, həmçinin aksizlərlə bağlı sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb.