Dövlət Gömrük Komitəsində “Şəxsi Hesab Vərəqəsi” yeni elektron xidmətinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimatı keçirilib.
İdxal olunan mallara görə ƏDV ləğv edildi - XİDMƏTDƏN AÇIQLAMA - VİDEO
FED.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Əsgər Məmmədov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Əsgər Məmmədov gömrük sahəsində görülən işlər və yeniliklər barədə məlumat verib. Qeyd edilib ki,
“Şəxsi Hesab Vərəqəsi” elektron xidməti də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.
“Şəxsi Hesab Vərəqəsi” elektron xidməti ilə bağlı ətraflı məlumatı Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev açıqlayıb.
Qeyd edək ki, “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir.
Hələlik xidmət Pilot variantda istifadəyə verilib.
Bu xidmət xarici ticarət iştirakçılarına, yəni idxal-ixracla məşğul olan şirkətlərə imkan verir ki, rəsmiləşdirmə zamanı avans gömrük ödənişlərindən istənilən gömrük orqanı və gömrük ödənişi üzrə istifadə etsinlər. Eləcə də bu xidmətdən istifadə etməklə balans məbləğini, gömrük borcunu onlayn rejimdə izləmək mümkündür.
Yeni xidmətin maraqlı cəhəti ondan ibarətdir ki, ödənişlər barədə məlumatlar gömrük orqanına anında – real vaxt rejimində ötürüldüyündən rəsmiləşdirilməyə sərf olunan müddət azalır.
“Şəxsi Hesab Vərəqəsi”ndə müəyyən tarix intervalı və nömrələr əsasında gömrük bəyannamələri barədə məlumat almaq, gömrük rüsumları, ƏDV, aksiz vergisi, gömrük yığımları üzrə hesabatları da izləmək mümkündür.