Təqdim olunan baza proqnozlarına əsasən, qeyri-neft qaz sektorunun ÜDM-də payı 2027-ci ildə 78 faizi ötəcək.
AMB inflyasiya proqnozunu - AÇIQLADI
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qiymət artımına təsir edən xarici və daxili amillər, o cümlədən dünyada növbəti il ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla orta illik inflyasiya cari ildə 9,5, 2024-cü ildə isə 5,3 faiz, 2025-2027-ci illərdə isə strategiyada müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 faiz ətrafında olacağı proqnozlaşdırılır. (Azərtac)