Dünyanın əsas reytinq agentliklərindən olan Fitch Türkiyə üçün iqtisadi artım proqnozunu artırıb.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı faizini - Kəskin Artırdı
FED.az xəbər verir ki, qurumun yayımladığı yeni hesabatda Türkiyədə 2021-ci il üçün artım gözləntisi 3,5%-dən 6,7%-ə, 2022-ci il üçün isə 4,5%-dən 4,7%-ə qaldırıldı.
Eyni zamanda Fitch, 2021-ci ilin sonuna Türkiyədə inflyasiyanın 10,5% deyil 11,5% olacağını gözləyir.
Fitch-in digər proqonozuna görə, bu il Türkiyədə dolların orta məzənnəsi 7,5 lirə, gələn il isə 7,5 lirə olacaq.