“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.
"Fitch Ratings"dən manatın məzənnəsilə bağlı - PROQNOZ
FED.az bu barədə beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
"Biz 2023-cü ildə suveren valyuta aktivlərinin 68 milyard ABŞ dollarına qədər artacağını proqnozlaşdırırıq. Bunun da 82%-i ARDNF-in payına düşəcək. Azərbaycanın xalis suveren aktivləri 2023-cü ildə ÜDM-in 63%-nə, 2025-ci ilə qədər isə 72%-ə çatacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir"- Fitch əlavə edib. (Apa)