"Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artım üzrə proqnozunu artırıb. Bu barədə agentliyin "Global Economic Outlook" icmalında məlumat verilir.
Məlumatda bildirilib ki, 2017-ci ildə qlobal iqtisadi artım proqnozu əvvəlki hesabatla müqayisədə 0,1 faiz bəndi artırılaraq 3,2%, 2018-ci il üçün isə 0,1 faiz bəndi artırılaraq 3,3%-ə çatdırılıb. İnkişaf etməkdə olan ölkələrdə maliyyə vəziyyətinin müsbət istiqamətdə dəyişəcəyi, əmək bazarının istehlakçı inamının artması və ev təsərrüfatlarının xərclərinin yüksəlməsi amilləri ilə dəstəklənəcəyi ehtimal edilib.
"Fitch" ABŞ iqtisadiyyatında artım tempini 2,1%-dən 2,3%-ə yüksəldib. Avrozona iqtisadiyyatı üzrə artım proqnozu 1,8%-dən 2,2%-ə, Britaniya iqtisadiyaytı üzrə isə 1,4%-dən 1,6%-ə çatdırılıb. Agentliyə görə, Çin iqtisadiyyatında yavaşlama cüzi olacaq. "Fitch" Çin iqtisadiyaytının 2017-ci ildə 6,8%, 2018-ci ildə isə 6,4% artacağını ehtimal edir. İnkişaf etməkdə olan ölkələrdə isə xammal qiymətlərinin artması amili fonunda iqtisadi artımın bərpa olunacağı proqnozlaşdırılır. İnkişaf etməkdə olan ölkələrin 2018-ci ildə 2017-ci ildə 5,1%, 2018-ci ildə 5,2% iqtisadi artım əldə edəcəyi bildirilir.
"Fitch"in baş iqtisadçısı Brayan Kultona (Brian Coulton) görə, "2018-ci ildən sonra qlobal iqtisadi artım sabitləşəcək, tədricən monetar siyasətin dünya üzrə sərtləşdirilməsi gözlənilir".