Ötən ilin sonunda Ermənistanın dövlət borcu 2019-cu illə müqayisədə 647,2 milyon ABŞ dolları artıb və 7,968 milyard dollar təşkil edib.
Eləcə də bax: Ermənistanın dövlət borcu - 8 Mlrd ABŞ Dollarına Çatıb
FED.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, ölkənin dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına yalnız koronavirus pandemiyası yox, həm də ikinci Qarabağ müharibəsi səbəb olub.
Bu məbləğin 7,508 milyard dollarının hökumətin borcu olduğu bildirilir. Məlumata görə, ötən il hökumətin borcu növbəti dəfə artıb.
Ermənistanın maliyyə naziri Atom Cancuqazyan qeyd edib ki, dövlət borcu 2021-ci ildə də artmalıdır. Lakin nazir bunda iqtisadiyyat üçün kritik risklər görmədiyini bildirib.
Ermənistanın Mərkəzi Bankının borcu 459,9 milyon ABŞ dolları təşkil edir. (Report)