Ermənistan hökuməti ölkənin Avropa İttifaqına qoşulma prosesinə başlamaq qərarını dəstəkləyib. Bu təşəbbüs parlamentdə müzakirəyə çıxarılacaq.
"Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək"
FED.az xəbər verir ki, Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinə başlanılması haqqında qanun layihəsi hazırlanıb. Qanun layihəsini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. Onun sözlərinə görə, son illərdə respublikanın Avropa İttifaqı ilə əlaqələri intensiv və dinamik şəkildə inkişaf edir. Diplomat qeyd edib ki, Avropa İttifaqı ölkəyə, o cümlədən təhlükəsizlik sahəsində dəstək göstərib və iqtisadi inkişaf üçün kömək etməyə hazır olduğunu ifadə edib.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Avropa İttifaqının müşahidəçiləri adı altında NATO infrastrukturu Azərbaycan-Ermənistan sərhədində yaradılıb.