Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” -
Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.
"Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83%, məşğulluqda isə 78%-dən artıqdır."- deyə Elnur Əliyev öz çıxışında məlumat verib.