Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “SUN FOOD” MMC və
“Azərbaycan Duz İstehsalat Birliyi” QSC barəsində iş qaldırıb.
Eləcə də bax: “OAZİS” brendindən qanunsuz istifadə edilib - DÖVLƏT XİDMƏTİNDƏN İŞ ADAMINA GÖSTƏRİŞ
FED.az xəbər verir ki, iddia “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-ci bəndinin tələblərin pozulması əlamətləri üzrədir.
İşin ümumi halı “Gön-dəri İstehsalçıları Assossasiyası”nın müraciətinin və qida məhsulları bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyətinin araşdırılmasıdır.
Dövlət Xidməti işə 10.08.2022-ci il tarixində, saat 11:00-da baxacaq.