Bu ilin 6 ayı ərzində “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar aparılan bazar araşdırması və daxil olmuş müraciətlərin araşdırılması zamanı bir sıra bazar subyektləri tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri müəyyən edilib və nəticədə 19 bazar subyektinə qarşı 19 iş qaldırılıb.
Eyni məhsul piştaxta və kassada fərqli qiymətə satılır? - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
İstehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə qaldırılmış işlərin sayı (10 iş) üstünlük təşkil edib. İstehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri üzrə 4 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 5 iş qaldırılıb.
Ötən ilin müvafiq dövründə 19 bazar subyektinə qarşı qaldırılmış 18 iş üzrə digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə (10 iş) say etibarilə üstünlük təşkil etmişdi.