ABŞ Prezidenti Donald Tramp İranla müharibədən yayınmaq istədiyini və Tehrana danışıqlar təklif etdiyini deyib.
FED.az xəbər verir ki, Donald Tramp İran ətrafında yaranmış son durumla bağlı mövqeyini NBC telekanalına müsahibəsində açıqlayıb. “Mən müharibəyə can atmıram. Əgər bu baş versə, indiyə qədər misli görünməmiş qırğına səbəb olacaq. Mən bunu istəməzdim”, - deyə ABŞ prezidenti bildirib.
ELƏCƏ DƏ BAX: "İrana qarşı hücumu dayandırdım, 3 nöqtə vurulacaqdı"
Donald Tramp əlavə edib ki, böhrandan çıxış yolu danışıqlardan keçir. Əks-təqdirdə növbəti üç ildə İranın iqtisadiyyatla bağlı problemləri olacaq.
Prezident müsahibəsində, həmçinin üç hədəfə planlaşdırılan hücumların təxminən 150 iranlının ölümünə səbəb olacağını nəzərə alaraq, İrana hava zərbələri endirilməsi üzrə əməliyyatı dayandırdığını vurğulayıb.
Müsahibədən qısa hissələr iyunun 22-nə keçən gecə telekanalın saytında yerləşdirilib.