2019-cu ildə Ukraynada bir dolların 30 qriven olacağı proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Avropa Biznes Assosiasiyasının icraçı direktoru Anna Derevevyanko mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsində 1 dollar 30 qriven dəyərində göstərilib.
Gələn il Ukraynada devalvasiyanın səviyyəsinin təxminən 10 faiz olacağı proqnozlaşdırılır.
İlin sonuna 1 dollara nisbətdə Ukrayna qriveninin 29,4 olacağı gözlənilir.