İyun ayında ABŞ-da yeni iş yerlərinin sayı gözləntiləri (160 min) aşaraq 224 min təşkil edib. FED.az-ın məlumatına görə, bu rəqəm son beş ayın rekord göstəricisidir. Amerikada işsizlik hazırda 3.7% civarındadır.
Xatırladaq ki, may ayı da ABŞ üçün uğurlu olmuşdu. Belə ki, mayın ilk həftəsi ABŞ üçün tarixi nöqtə oldu. Son yarım əsrdə işsizlik ən aşağı həddə çatdı.
Əmək Departamenti ABŞ iqtisadiyyatının aprel ayında 263 min yeni iş yeri yaratdığını elan etmişdi.
Aşağı işsizlik maaş səviyyəsinə də təsir göstərməkdədir. Belə ki, işsizlərin qıtlığı biznesləri daha aqressiv şəkildə işə adam cəlb etməyə və cəlb etdikləri adamlara daha yüksək maaş ödəməyə vadar edir.
Bu ölkədə 224 min iş yeri - AÇILIB
22:20
8 İyul 2019