Türkiyə Mərkəzi Bankının keçirdiyi sorğu hökumətdəki ciddi kadr dəyişikliklərinə baxmayaraq inlyasiya və lirənin məzənnəsi ilə bağlı gözləntilərin nəinki azalmadığını, hətta artacağını göstərib.
Mərkəzi Bankının (MB) avqust ayında keçirdiyi sorğunun iştirakçılarına əsasən, Türkiyədə inflyasiya ilin sonuna 59,46% səviyyəsində proqnozlaşdırılır. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, sorğuda maliyyə bazarlarının 40 nümayəndəsi iştirak edib.
Sorğunun ikinci aktual sualı bazar iştirakçılarının uçot dərəcəsi ilə bağlı Mərkəzi Bankın siyasəti ilə bağlı gözləntiləri ilə bağlı olub. Əgər iyulda ilin sonuna 19,17% səviyyəsində proqnozlaşdırılırdısa, indi dekabrda bu göstəricinin 19,19% olacağı gözlənilir.
Türkiyə Mərkəzi Bankı iyunda iki ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 8,5%-dən 15%-ə, iyulda isə 17,5%-ə qaldırıb.
Sorğu iştirakçılarının fikrincə, Türkiyənin milli valyutası ucuzlaşmaqda davam edəcək və ilin sonuna qədər məzənnə 1 dollara nisbətdə 29,82 türk lirəsi olacaq. Avqust ayında isə məzənnənin 1 dollar üçün 28,46 lirə olacağını gözlənilir. Xatırlazaq ki, avqustun 18-ə olan məlumata görə, 1 dollar 27,07 lirə ətrafındadır.
Qeyd edək ki, bu ilin əvvəlində 1 dollar 18,8 lirə idi. Türkiyə valyutasının kəskin çöküşü may ayında keçirilən prezident və parlament seçkilərindən sonra, eləcə də Mərkəzi Bankın uçot dərəcəsini 15%-ə qaldırması qərarından sonra başlayıb.