BP şirkəti 2017-ci ilin sonunadək Azərbaycanda neft hasilatının stabil səviyyədə qalacağını gözləyir.
FED.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O qeyd edib ki, 2018-ci il üçün hasilat planları və büdcə dekabrın ortalarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəriyinin iclasında müzakirə olunub təsdiqlənəcək.
Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında BP-nin Azərbaycanda orta sutkalıq neft hasilatı 585 min barrelə yaxın təşkil edib.