İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri Ali Kibar ilə görüşüb.
FED.az xəbər verir ki, göüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.
Tərəflər əlavə dəyər yaradan sahələrdə əməkdaşlığın gücləndirilməsi, sənaye məhsullarının istehsalına investisiya yatırımlarının təşviqi, energetika sektorunda fəal tərəfdaşlığın dəstəklənməsi kimi məsələləri müzakirə ediblər.
“Google” şirkəti ilə əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olqa Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zuniklə videokonfrans formatında görüşüb.
Görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.
Tərəflər COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərininin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.