Oktyabrın 17-də Bakıda İranın texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin məhsullarının ilk daimi pavilyonunun açılış mərasimi keçirilib.
FED.az "APA"-ya istinadən xəbər verir ki, pavilyonun açılış mərasimində Azərbaycan İnnovasiyalar Agentliyinin İidarə Heyətinin sədri Tural Kərimli və İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti iştirak ediblər.
Sərgi iştirakçıları 50-dən artıq şirkətin məhsulları ilə tanış olublar.