Bakıda Azərbaycan-Gurcüstan-Türkiyə biznes forumu işə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, bir sıra dövlət qurumlarının rəhbərləri, nümayəndələri və sahibkarlar iştirak edir.
Forum çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstanın ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılıb.