Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub.
FED.az-ın məlumatına görə, Rəvanə Əliyeva qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.
ELƏCƏ DƏ BAX: AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...
Qeyd edək ki, o, bu vəzifəyə qədər BNA-nın eyni sektorunda baş məsləhətçi olaraq çalışıb. Daha əvvəl isə Binəqədi Rayon İcra Hakimiyyətində baş məsləhətçi və məsləhətçi, "Medeks" MMC-də brend menecer, "International Preschool Institution"da isə menecer vəzifələrində olub.
BNA mətbuat katibi Mais Ağayev faktı təsdiqləyib.
Bakı Nəqliyyat Agentliyində - YENİ TƏYİNAT

21:17
17 Yan 2019