Azərbaycan ötən illər ərzində Türkiyəyə 20 milyard dollar investisiya yatırıb.
100-dən artıq türk şirkəti Qarabağa - İNVESTİSİYA YATIRMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Türkiyənin 330 şirkəti Azərbaycana 17 milyard dollar investisiya qoyub:
“Kənd təsərrüfatı, turizm və digər sahələrdə yenə də böyük potensial mövcuddur”.
Azərbaycan XİN başçısı qeyd edib ki, görüşdə Orta Dəhlizlə bağlı müzakirələr aparılıb: “Türkiyə şirkətlərinin azad olunmuş ərazilərdə iştirakı, yeni planları da xüsusi müzakirə mövzusu olub”. (Apa)