2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 72 900 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,25 faiz çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
Eləcə də bax: Aksizlərin və rüsumların artırılması avtomobillərin qiymətinə - Necə Təsir Edəcək?
Hesabat dövründə idxal olunan avtomobillərin 68 024-ü minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz çoxdur.
Azərbaycan bu ilin on ayı ərzində 10 və daha çox sərnişintutumlu 186 avtomobil, 106 elektromobil və 10 033 hibrid avtomobil ixrac edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq 4 123 ədəd təşkil edib.
Hesabat dövründə ölkəyə idxal olunan hibrid avtomobillərinin sayı 5 977, yük maşınlarının sayı 4 571 ədədə çatıb.
Azərbaycan bu dövr ərzində 744,379 milyon dollar məbləğində avtomobil idxal edib.