Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində Rəqabət Komissiyasının formalaşdırılması, onun İqtisadiyyat Nazirliyinin səlahiyyətində olması təklif edilir, bu isə düzgün deyil.
“Ticarət haqqında” - QANUN HAZIRLANIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov bildirib.
"Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə əsasən, rəqabət orqanı Rəqabət Komissiyası yaradır və onun üzvlərini təyin edir. Belə olduqda bu komissiyaya ehtiyac yoxdur. Çünki rəqabət orqanı təqdim edilən məsələlərə özü baxıb qərar verə bilər. Odur ki, Rəqabət Komissiyasının müstəqil qurum olması vacibdir", - deyə o qeyd edib.
***
Azərbaycanda rəqabət reyestrinin yaradılması təklif edilib
Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinə rəqabət reyestrinin yaradılmasının əlavə edilməsi təklif edilir.
FED.az xəbər verir ki, belə bir təkliflə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
"Bu, bir çox ölkələrdə tətbiq edilir. Burda məqsəd rəqabəti pozan şirkət və sahibkarlarla bağlı məlumatı digər sahibkarlarla bölüşməkdən ibarətdir. Bu, həmin şirkətlərin rəqabəti pozan şirkətlərlə davranış və qərarlarına təsir edəcək", – deyə deputat əlavə edib. (Report)