“Hazırda “Ticarət haqqında” qanunun hazırlanması üzərində iş gedir”.
Marketlərdə məhsullar - UCUZLAŞA BİLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, bu, məhz daxili ticarətin tənzimlənməsinə kömək edəcək qanunlardan biri olacaq: “Hansı ki, bu qanun Rəqabət Məcəlləsi ilə bir yerdə kompleks şəkildə tətbiq ediləcək”. (Apa)