Azərbaycanda şirkətləri üçün cəlbedici coğrafi bazarların adları açıqlanıb.
"PricewaterhouseCoopers Global"ın (PwC) Azərbaycan üzrə 2-ci "İllik CEO Araşdırması" təqdimatında "PwC" audit şirkətinin Azərbaycan üzrə aparıcı mütəxəssisi Vədad Rzalı deyib ki, yerli şirkətlər üçün Rusiya, Türkiyə və İran ən cəlbedici bazarlardan sayılır.
"Yerli şirkət rəhbərlərinin 76%-i Rusiyanı ən əhəmiyyətli ölkələrindən sayır. Siyahıda ikinci yerdə Türkiyə, üçüncü yerdə İran qərarlaşıb", - deyə V.Rzalı vurğulayıb.