Azərbaycanda 2019-cu ildə 2808,3 kv metr xalça və xalça məmulatları istehsal olunub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə 57,5% daha çox xalça və xalça məmulatları istehsal edilib.
Eləcə də bax: “Azərxalça” ABŞ bazarında satış - İMKANLARINI GENİŞLƏNDİRİR
2020-ci il yanvar ayının 1-nə olan məlumata görə, anbarlarda 3555,6 kv metr xalça qalıb.
Məlumat üçün bidirək ki, 2018-ci illə müqayisədə ötən il xalça və digər döşəmə örtüklərinin qiymətləri 3% bahalaşıb.