2023-cü ilin ilk 11 ayında Azərbaycan 200 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.
Bu dövrdə xarici ticarətlə məşğul olan şirkət və fiziki şəxslərin sayı 67 515 olub.
Bunlardan 57 64-ü fiziki şəxslər, 10 251-i isə şirkətlər olub.
Şirkətlərin 278-i dövlət sektoru, 9973-ü isə özəl sektorun payına düşür.
Ötən illə müqayisədə xarici ticarətlə məşğul olan şirkət və şəxslərin sayı 15 min 400 ədəd artıb.
Əsas artım fiziki şəxslərin sayında baş verib, belə ki, ötən ilin eyni vaxtında xariclə əməliyyat aparan fiziki şəxslərin sayı 43 917 nəfər idi. Başqa sözlə son bir ildə bu rəqəm 14 min nəfər artıb.
Şirkətlərin saynıda isə 1000 ədəd artım var. Belə ki, 2022-ci ilin ilk 11 ayında xariclə əməliyat aparan şirkətlərin sayı 9 166 ədəd olmuşdu.
Bunlardan 260-ı dövlət, 8906-sı özəl şirkətlər idi.