Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə ən çox məhsul ixrac edən şirkətlər məlum olub.
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə - Qeyri-neft sektoru üzrə ixrac – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir ki, hesabat dövründə ölkədən ixrac edən özəl şirkətlərin ilk 10-luğu belədir:
1. "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi;
2. "Prime Cotton" MMC;
3. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC;
4. "Baku Steel Company" QSC;
5. "Prime Export" MMC;
6. "Tabaterra" MMC;
7. "Vvest Stream" MMC;
8. "Agrarco" MMC;
9. "Silk Way Aviaşirkəti" MMC;
10. "Afa Export" MMC.













